вторник, 24 марта 2015 г.

Ümumiləşdirmə və nəticə

Qruplar öz işlərini təqdim etdilər.Sonda müəllim qrupların işini diplomla qiymətləndirdi.Layihəmizdə məktəb müdriyyəti və metodmərkəzin üzvləri iştirak edirdilər.Layihədə qrupumuzun əməyinin böyük olduğunu vurğuladılar və qrupumuza "Meşə kralı" adı verdilər.Qrupumuzun işləri haqqında öz rəylərinizi bildirə  bilərsiniz.Səhifəmiz açıqdır.
                                                                           


суббота, 14 марта 2015 г.

Qrup işləri.

I qrup:Qoruq - mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri qorunur. Qoruqlar təbii canlı laboratoriya sayılır.Azərbaycan dövlət qoruqları bunlardır:Göy-Göl, Qızılağac, Türyançay,Pirqulu,Şirvan ,Qarayazı,Bəsitçay, İsmayıllı,Qaragöl,İlisu ,Şahbuz.

Dünya qoruqları:Animal theme park,Aquarium,Aviary,Bear pit,Butterfly house,Dolphinarium,

Herpetarium,Insectarium,Nature center,Marine mammal park,Menagerie,  

Ana səhifə


Müəllim bizə "Heyvanların planeti"
 mövzusunda layihə hazırlamağı tapşırdı.
Biz layihəmizi "Heyvanların dünyası" başlığı altında hazırlayacağıq.

Sinifin bütün şagirdləri 3 qrupa bölündü və qruplarımıza lider seçdik.Daha sonra hər kəsin görəcəyi iş tapşırıldı.
Qrup tapşırıqları:

I qrup:Heyvanların qorunması üçün hansı qoruqlar yaradılmışdır?II qrup:Ev heyvanlarından necə istifadə olunur?

III qrup:Hansı nadir heyvanları tanıyırsız?